Tailand kralı Maha Vaçiralonqkorn koronavirus pandemiyası zamanı özünü təcrid etmək üçün öz dəstəsi ilə Alp dağlarındakı Qermiş-Partenkirhen kurortunda lüksbir hotel ə yerləşib.
Lent.az xarici mediaya istinadla bildirir ki, 67 yaşlı kral X Ramanın yanında 20 müşavirdən və çox sayda xidmətçidən ibarət heyət var.
Bu müddətdə kralla birgə 4 arvadının da yaşayıb-yaşamadığı məlum deyil.
Məlumata görə, kral dördulduzlu Grand Hotel Sonnenbichl hotelini bir müddətə sifariş edib. Alp kurortlarındakı bütün qonaq evləri və hotellər koronavirusa görə bağlanıb, yalnız bu hotel kral üçün xidmət göstərib.
Bununla belə, kral və onunla birgə gedənlərin hamısı (119 nəfər) tezliklə koronavirusa yoluxmaqdan ehtiyatlanaraq vətənə qayıdıb.