İspaniyanın Kadiz şəhərinin Saxara de la Siyerra qəsəbəsi ölkədə koronavirusun görünmədiyi tək yerdir.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, Saxara de la Siyerra qəsəbəsi ölkədə koronavirusun görünmədiyi tək yer olaraq bilinir. Bələdiyyə sədri Santyaqo Qalvon qəsəbənin qorunma sirrini açıqlayıb.
1526 sakini olan qəsəbənin 5 girişi var ki, bunların da 4-ü virus səbəbilə bağlanıb. Digər tərəfdən bələdiyyə sədrinin qərarı ilə qəsəbəyə girən hər bir maşın dezinfeksiya edilir. Sakinlərin isə lazımsız yerə evdən çıxmamaları tövsiyə olunub. Bundan əlavə, 3 gündən bir səhər saatlarında 10 nəfərlik qrupun qəsəbənin küçələrini dezinfeksiya etdiyi bildirilir. Həmçinin 2 nəfər evlərindən çıxa bilməyənlərin qida ehtiyacını qarşılamaq üçün xidmət edir.
Bələdiyyə sədri S.Qalvan koronavirusdan qorunmanın tək yolunun 24 saat dezinfeksiya ilə mümkün olduğunu deyib.