Ukrayna Prezidenti Vladimir Zelenskinin xanımı Yelena Zelenskaya xəstəxanaya yerləşdirilib.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, Y. Zelenskayaya koronavirus səbəbi ilə ikitərəfli pnevmoniya diaqnozu qoyulub.
Qeyd edək ki, ötən həftə Y. Zelenskayanın COVID-19 testinin nəticəsi müsbət olub.