Koronavirus tibbi maskanın üzərində nə qədər qalır? – Alimlər açıqladı
30 mart 2020 14:14 (UTC +04:00)

Koronavirus tibbi maskanın üzərində nə qədər qalır? – Alimlər açıqladı

Honkonq Universitetindən olan alimlər koronavirusun xüsusilə aktiv olduğu temperaturu açıqlayıblar.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, araşdırmanın nəticəsinə görə, koronavirus üçün “sevimli” temperatur 4 dərəcəyə qədər isti havadır. Əgər dezinfeksiya aparılmasa, virus bu şəraitdə 14 gün aktiv qala bilər. 
Eyni zamanda, SARS-CoV-2 koronavirus yüksək temperaturlara dözə bilməz - 70 dərəcədə, beş dəqiqə ərzində aktivliyini itirir.
Bundan əlavə, honkonqlu alimlər koronavirusun hansı yüksəklikdə uzun müddət aktiv ola biləcəyini də müəyyənləşdiriblər. Məlum olub ki, o, kağız üzərində 3 dəqiqə sonra aktivliyini itirir, paltarda və emal edilmiş ağacda 2 günə qədər, şüşədə 4 gün, plastiküzərində 7 günə qədər qala bilər. Koronavirusun bir həftəyə qədər tibbi maskaların səthində də qalması mümkündür. Buna görə alimlər onları ciddi dezinfeksiya etməyi məsləhət görürlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1977
avatar

Oxşar yazılar