ABŞ-da tanınmış neyrocərrah koronavirusdan vəfat edib.
APA-nın CNN-ə istinadən verdiyi xəbərə görə, dünyada tanınmış pediatr neyrocərrah Ceyms Qudriç koronavirusun ağırlaşması səbəbindən həyatını itirib.
O, birləşik əkizləri ayırmaq üçün tibb elminə xüsusi metod gətirib. Belə ki, C. Qurdiç 2016-cı ildə başlarından birləşik Siyam əkizlərinin 27 saatlıq əməliyyatında 40 həkimdən ibarət qrupa rəhbərlik edib.
30 il Nyu-York xəstəxanasında pediatrik neyrocərrahiyyənin direktoru, həm də Albert Eynşteyn Tibb Kollecində professor vəzifəsində çalışmış neyrocərrah dünyanın müxtəlif ölkələrindəki tibb araşdırma mərkəzlərində mühazirələr verib.