Koronavirus daha çox insana yoluxmaq üçün...
24 avqust 2020 16:32 (UTC +04:00)

Koronavirus daha çox insana yoluxmaq üçün...

COVID-19-un daha yüngül keçməsinə səbəb olan yeni mutasiyası aşkarlanıb.

Sinqapurlu mütəxəssislər yeni növ koronavirusun (COVID-19) daha yüngül infeksiyaya səbəb olan mutasiyasını aşkar ediblər.

Lent.az  AMEA-nın saytına istinadən xəbər verir ki, bu barədə Sinqapur mütəxəssislərinin “Lancet” jurnalında dərc olunmuş araşdırmasında bildirilib. Belə ki, COVID-19-un yeni mutasiyasına yoluxmuş xəstələrdə qanda oksigenin azalması və ya reanimasiyaya ehtiyac kimi klinik nəticələrin nisbətinin aşağı olduğunu göstərib. Virusun yeni variasiyasının genomunda 382 nukleotidin silindiyi bildirilib.

Alimlər araşdırma nəticələrinin COVID-19-un müalicəsi və peyvənd tədqiqatlarında istifadə edilə biləcəyini ifadə ediblər.

Bəzi mütəxəssislər virusların daha çox insana yoluxmaq üçün mutasiyaya uğradıqlarını və daha az ölümcül olduqlarını söyləyirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2494
avatar

Aygün İbrahimli

Oxşar yazılar