Koronavirusla mübarizə tədbirləri bəzi ölkələrdə xoş qarşılanmayıb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, virusu vecinə almayan və səhiyyə nazirini qovan Braziliya prezidenti Jair Bolsonaro tərəfdarları koronavirusla mübarizə tədbirlərinə qarşı çıxmağa başlayıblar. Cənubi Amerikanın ən böyük şəhəri olan San-Pauloda yüzlərlə maşınlıq bolsonaro karteci şəhər merinin gördüyü izolyasiya tədbirlərinə qarşı hərəkət ediblər. 38 min 654 insanən virusa yoluxduğu Braziliyada 2462 nəfər koronavirusdan ölüb.
Hazırda 764 min virusa yoluxma sayının olduğu ABŞ-dan isə əsl dəhşətli görüntülər Kolorado Denverdən gəlib. Tramp tərəfdarı olan azğın kütlə maşınlarla küçələrdə gəzintiyə çıxdığı halda, səhiyyə işçiləri onların qarşısına çıxıb. Trampın tələbləri isə hətta Respublikaçılar Partiyasından olan bəzi qubernatorların da sərt təpkisi ilə qarşılanıb.