Kim Çen In bəzi səlahiyyətlərini bacısına verdi
20 avqust 2020 21:09 (UTC +04:00)

Kim Çen In bəzi səlahiyyətlərini bacısına verdi

 

KXDR lideri Kim Çen In bacısı Kim Ye Çeni respublikanın idarə edilməsində faktiki olaraq ikinci şəxs təyin edib, həmçinin səlahiyyətlərinin bir qismini bir qrup yüksək vəzifəli şəxsə ötürüb.

APA xəbər verir ki, bu barədə “Renhap” Cənubi Koreya Milli Kəşfiyyat Agentliyinin məlumatına istinadən məlumat yayıb.

Kəşfiyyat məlumatlarına görə, Pxenyanın Seul və Vaşinqtonla münasibətlərinə hazırda Şimali Koreya liderinin yaxın qohumu məsuliyyət daşıyır.

Bununla yanaşı, o, Kim Çen Inın varisi kimi adlandırılmır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4648
avatar

Oxşar yazılar