Karantini pozan Baş həkim istefa verdi - Şotlandiyada
06 aprel 2020 07:34 (UTC +04:00)

Karantini pozan Baş həkim istefa verdi - Şotlandiyada

Şotlandiyanın Baş həkimi Ketrin Keldervud ölkədə koronavirusla gərgin mübarizə aparıldığı dönəmdə iki dəfə evinə istirahətə gedərək karantin qaydalarını pozub. O, ictimai qınağa tab gətirməyərək vəzifəsindən istefa verib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Şotlandiya hökuməti məlumat yayıb.

Onun ölkənin şərqində yerləşən bağ evindəki istirahət zamanı jurnalistlər tərəfindən çəkilən şəkilləri “The Scottish Sun” nəşrində dərc edilib.

Baş həkimin hərəkətləri böyük qalmaqala səbə olduğundan istefa ərizəsi yazmağı qərara alıb. 

Ölkə başçısı Nikola Sterjen Keldervudu müdafiə etməyə çalışsa da, onun istefası barədə qərar verilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1713
avatar

Oxşar yazılar