Kanada Milli Olimpiya Komitəsi (MOK) koronavirusun yayılması ilə əlaqədar idmançıları Tokio Yay Olimpiya Oyunlarına göndərməmək qərarına gəlib.
APA CBC portalına istinadən xəbər verir ki, bu barədə Kanada MOK-un bəyanatında bildirilib.
MOK prezidenti Tomas Bax 4 həftə ərzində koronavirusla əlaqədar olan vəziyyət kontekstində Olimpiya Oyunlarının keçirilməsi imkanına dair qərar verəcəyini söyləyib.
"Vedomosti.ru"nun məlumatın görə, ardınca Avstraliya Milli Olimpiya Komitəsi də anoloji qərar qəbul etdiyini elan edib.
Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunlarının 24 iyul - 9 avqust tarixlərində keçirilməsi planlaşdırılır.