PM Noticias internet nəşrinin əməkdaşı Pablo Morruqares Meksikanın cənub-qərbindəki Qerrrero ştatında öldürülüb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, bu haqda insan hüquqları üzrə regional komissiya özünün Facebook səhifəsində məlumat yayıb.
Morruqaresin İquala şəhərindəki restoranlardan birində güllələndiyi bildirilir. O, 2020-ci ildə Meksikada öldürülən dördüncü jurnalistdir.
2020-ci ildə Latın Amerikası ölkələrində 150-dən çox KİV əməkdaşı ölüb.