Türkiyənin İzmir şəhərində baş verən zəlzələdən sonra dağıntılar altından 100 nəfər sağ olaraq çıxarılıb.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Ətraf mühit və şəhərsalma naziri Murat Kurum məlumat açıqlayıb.
Nazir qeyd edib ki, dünən baş verən zəlzələdən sonra əlavə olaraq 484 yeraltı təkan baş verib.
M.Kurum zəlzələdə yaralananların sayının 831-ə çatdığını da qeyd edib.