İtaliyada son sutkada yeni tip koronavirusdan (COVID-19) 610 nəfər ölüb, 4 204 nəfərdə isə yeni yoluxma qeydə alınıb.
APA xəbər verir ki, bu barədə İtaliya Mülki Müdafiə Departamenti məlumat verib.
Bununla ölkədə koronavirusa yoluxanların ümumi sayı 143 626-a, virusdan ölənlərin sayı isə 18 279-a çatıb.