İtaliyada son sutkada koronavirusdan ölənlərin sayı ötən günə nisbətən artıb. Ötən gün 431 nəfər dünyasını dəyişmişdi, bu gün isə bu rəqəm 566-dır.
APA xəbər verir ki, bu barədə İtaliyanın Mülki Müdafiə Departamentinin məlumatında bildirilib.
Ölkə üzrə epidemiya qurbanlarının ümumi sayı 20465-ə çatıb, yoluxanların sayı isə 159,5 min nəfəri keçib. Bu, əvvəlki gündən 3115 nəfər çoxdur.
Departament rəhbəri Angelo Borrelli sağalan xəstələrin sayının artaraq 35,5 minə çatdığını deyib: “Artıq onuncu gündür ki, reanimasiya şöbəsinə yerləşdirilənlərin sayı azalmaqdadır. Hazırda 103,616 xəstədən 3260-ı reanimasiyadadır, onlardan üçdə biri (1,143) ölkənin şimal bölgəsində - Lombardiyadadır. 72333 nəfər isə ev şəraitində müalicə alır”.