İspaniyanın Samora bölgəsində sərnişin qatarı yoluna çıxan avtomobili vurub.
APA ABC-yə istinadən bildirir ki, zərbənin gücündən lokomativin relsdən çıxması nəticəsində heyət üzvlərindən 2 sürücü yaralanıb, avtomobilin sürücüsü isə ölüb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə xilasedicilər və polis əməkdaşları cəlb edilib.
“Renfe” Dəmir Yolu Şirkəti 108 sərnişinin olduğu vaqonların isə relsdən çıxmadığını bildirib.