İspaniyada koronavirusa qarşı tətbiq edilən məhdudiyyətlər mayın 9-dək uzadılacaq
19 aprel 2020 05:24 (UTC +04:00)

İspaniyada koronavirusa qarşı tətbiq edilən məhdudiyyətlər mayın 9-dək uzadılacaq

 

İspaniya hökuməti ölkədə koronavirusun yayılmasının qarşısını almaq məqsədilə tətbiq edilən yüksək xəbərdarlıq rejimini 9 may tarixinə qədər uzatmaq qərarına gəlib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə İspaniyanın Nazirlər Kabinetinin rəhbəri Pedro Sançesin bildirib.

Bu qərar artıq Deputatlar Konqresi (parlamentin aşağı palatası) tərəfindən təsdiqlənməlidir. Baş Nazir bildirib ki, “yüksək hazırlıq rejimi 9 may tarixi daxil olmaqla uzatmağı təklif edəcək”. 

Sançes əlavə edib ki, aprelin 27-dən etibarən uşaqların çölə çıxması üçün məhdudiyyətlər qismən yumşaldılacaq.

İspaniyada koronavirus infeksiyasına ilk yoluxma hadisəsi yanvarın 31-də qeydə alınıb. Hazırda krallıqda təxminən 192 min yoluxmuş xəstə var, 20 mindən çox insan ölüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1206
avatar

Oxşar yazılar