İranın Ali dini lideri etirazçılara müraciət edib
18 noyabr 2019 02:07 (UTC +04:00)

İranın Ali dini lideri etirazçılara müraciət edib

 

"Səlahiyyətli üç qurum rəhbərləri yanacaq istehlakını idarə etmək üçün planlı qərar verdilər, bu qərar yerinə yetirilməlidir". 

APA-nın İRNA-ya istinadən verdiyi xəbərə görə, bunu İranın Ali dini lideri Ayətullah Əli Xamneyi deyib. 

Yanacağın qiymətinin artmasına görə keçirilən aksiyaları yada salan dini lider etirazçıları sakitliyə və ictimai asayişə çağırıb: "Vətənini sevən ağıllı insan heç vaxt ictimai əmlaka zərər vermir". 

Əli Xamneyinin sözlərinə görə, ölkədə təhlükə yaradan bu cür tədbirləri "İranın düşmənləri və inqilab əleyhinə olan qüvvələr" dəstəkləyirlər. 

BBC-nin məlumatına görə isə İranın daxili işlər naziri Əbdulrza Rəhmani-Fəzli dövlət televiziyasına müsahibəsində etirazçılara xəbərdarlıq edib. 

O qeyd edib ki, "qanunsuz hərəkətlər davam edəcəyi təqdirdə hüquq-mühafizə orqanlarının asayişi qorumaq və sakitliyi bərpa etmək üçün hərəkətə keçməkdən başqa yolu qalmayacaq". 

Qeyd edək ki, noyabrın 15-də İranda benzinin qiyməti 50 faiz artırılıb. Bu qərar İranda kütləvi aksiyalara səbəb olub. Bir sıra şəhərlərdə isə etirazçılarla polis arasında qarşıdurma yaranıb, xeyli sayda yaralı var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1591
avatar

Oxşar yazılar