İranda texniki spirtdən ölənlərin sayı 200 nəfərə çatdı
23 mart 2020 14:32 (UTC +04:00)

İranda texniki spirtdən ölənlərin sayı 200 nəfərə çatdı


Son bir ayda İranın Şərqi Azərbaycan əyalətində 230 nəfər keyfiyyətsiz alkoqoldan zəhərlənib.

APA-nın İSNA agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Təbriz Tibbi Elmlər Universitetinin rəhbərinin müavini məlumat verib.

Həmin şəxslər içməli spirt əvəzinə texniki spirtdən, metildən hazırlanmış içki içiblər. Nəticədə zəhərlənən 230 nəfərdən ən azı 20 nəfəri həyatını itirib.

Xatırladaq ki, mart ayında spirtdən kütləvi zəhərlənmə Şərqi Azərbaycan da daxil olmaqla, İranın Xorasan-Rezavi, Fars, Alborz, Xuzistan, Mazandaran və Ərdəbil vilayətlərində qeydə alınıb. Nəticədə 200-ə qədər insan həyatını itirib. İnternetdə spirtin koronavirusdan qorunmağa kömək etməsi barədə yayılan yalan informasiya bu kimi hallara yol açıb.

İranda islami normalara uyğun olaraq alkoqollu içkilərdən müsəlmanların istifadə etməsi qadağandır. Müsəlmanlar yalnız texniki və tibbi spirt əldə edə bilərlər. Yalnız erməni və asur icmalarına alkoqollu içkilər istehsal və istifadə etməyə icazə verilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1201
avatar

Oxşar yazılar