İranda son 24 saat ərzində yeni növ koronavirusdan (COVID-19) 71 nəfər vəfat edib.
APA-nın xəbərinə görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İranda indiyə kimi koronavirusdan ölənlərin sayı 5877 nəfərə çatıb.
İranda son 24 saat ərzində 1112 yeni yoluxma faktı qeydə alınıb. Ölkədə indiyə kimi COVID-19 virusuna yoluxanların sayı 92 584 nəfərə çatıb.
Virusa yoluxanlardan 72 439 nəfər sağalıb.
Hazırda virus daşıyıcısı olan xəstələrdən 2983 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.