Ötən gün İranın Şiraz şəhəri, Adilabad bölgəsindəki həbsxanada koronavirusa görə üsyan baş verib.
APA-nın Tehran bürosunun məlumatına görə, Şiraz şəhər prokuroru Heydər Asyabi həbsxananın 3 bölməsində baş verən üsyanın xüsusi təyinatlılar tərəfindən yatırıldığını bildirib: "Hadisə zamanı 14 nəfər yaralanıb. Hazırda vəziyyət tam nəzarətdədir və həbsxanadan qaçan olmayıb".