İranda koronavirusa yoluxaraq ölənlərin sayı 4 min nəfəri keçib.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, bu haqda ölkənin Səhiyyə və tibbi təhsil nazirliyinin ictimaiyyətlə əlaqələr üzrə departamentinin rəhbəri Kiyanuş Cahanpur məlumat verib.
“Bu günə xəstələnənlərin 4003 nəfəri ölüb. Yoluxanların ümumi sayı 67 286-ya çatıb”, - o əlavə edib.
İranda 29 812 nəfər koronavirusdan sağalıb.