İranda son sutka ərzində yeni növ koronavirus infeksiyasından (COVID-19) 115 nəfər vəfat edib.
APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İrandan koronavirusdan ölənlərin sayı 9 065 nəfərə çatıb.
İranda son sutka ərzində koronavirusa 2 563 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 192 439 nəfərə çatıb.
İndiyədək xəstəlikdən 152 675 nəfər sağalıb.
Hazırda virus daşıyıcısı olan xəstələrdən 2 815 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.