İranda bir sutkada 117 nəfər koronavirusdan öldü
27 avqust 2020 18:23 (UTC +04:00)

İranda bir sutkada 117 nəfər koronavirusdan öldü

İranda ötən sutka ərzində 117 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 21137 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 2190  nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 367796 nəfərə yüksəlib. Virus daşıyıcılarından 3822  nəfərin vəziyyəti ağır qiymətləndirilir.

O əlavə edib ki, İranda indiyədək  316 638  nəfər koronavirusdan sağalıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1525
avatar

Oxşar yazılar