İran ABŞ-ı ittiham etdi
30 mart 2020 13:55 (UTC +04:00)

İran ABŞ-ı ittiham etdi

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ı "tibbi terrorda" ittiham edib.

Lent.az “Kommersant”a istinadən  xəbər verir ki, o, Birləşmiş Ştatların koronavirus pandemiyasından sonra da İrana qarşı sanksiyanı davam etdirdiyinə görə, belə ittihamla çıxış edib.

Onun sözlərinə görə, ABŞ İrana qarşı “tibbi və iqtisadi terror” tətbiq edir.

Nazir bu cür hərəkətləri bəşəriyyətə qarşı cinayət adlandırıb. Nazir ABŞ-ı beynəlxalq yardımın çatdırılmasını dayandırmamağa çağırıb.

Xatırladaq ki, martın 26-da Rusiya, Çin, İran, Kuba, Suriya, Nikaraqua, Venesuela və Koreya Xalq Demokratik Respublikası BMT-nin Baş katibi Antonio Quterreşi bəzi ölkələrdən koronavirusun yayılmasına qarşı mübarizəyə mane olan sanksiyaların ləğvini tələb etməyə çağırıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3088
avatar

Oxşar yazılar