İndoneziya Müdafiə Nazirliyi hərbçiləri “Zoom”dan istifadə etməməyə çağırdı
25 aprel 2020 18:16 (UTC +04:00)

İndoneziya Müdafiə Nazirliyi hərbçiləri “Zoom”dan istifadə etməməyə çağırdı

 

İndoneziya Müdafiə Nazirliyi hərbi qulluqçuları "Zoom" videokonfranslar xidmətindən istifadə etməməyə çağırıb. Bu, təhlükəsizlik məsələsi ilə izah edilir. 

Lent.az "ictnews"a istinadən xəbər verir ki, bu barədə nazirliyin yaydığı sənəddə bildirilib: 

"Biz bütün hərbi hissə və bölmələrin rəhbərlərini videokonfranslar üçün "Zoom"un istifadəsindən imtina etməyə səsləyirik. Bölmə rəhbərləri bu informasiyanı tabeliyində olanlara çatdırmalıdır".

Həmçinin, İndoneziya Müdafiə Nazirliyinin rəsmisi videokonfrans keçiriləcəyi təqdirdə əməkdaşların nazirliyin məlumat mərkəzinə xəbərdarlıq etməli olduqlarını qeyd edib.

Qeyd edək ki, koronavirus pandemiyası fonunda "Zoom" xidmətinin populyarlığı kəskin yüksəlib. Eyni zamanda proqramın təhlükəsizliyində problemlər aşkar edilib.

Videorabitə üçün eyni adlı xidməti təqdim edən "Zoom Video Communications" şirkəti 2011-ci ildə təsis edilib. 2020-ci ilin martında dünyada proqramın günlük auditoriyası 2019-cu ilin dekabrı ilə müqayisədə 20 dəfə artaraq 200 milyon təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2056
avatar

Oxşar yazılar