Çernovitsk vilayəti, Storojinetsk rayonunun İjivtsa kəndindən olan Andrey və İvan qardaşları Ukraynda COVİD-19-un ən gənc qurbanları olublar.
Lent.az Ukrayna KİV-nə istinadla xəbər verir ki, qardaşlar yaxınlarda Belçikadan qayıdıblar.
Orada müstəqil fəaliyyət göstərib pul qazanan qardaşların Ukraynaya qayıdan sonrakı ilk iki həftədə heç bir problemləri olmayıb. Sonradan 25 yaşlı Andrey pnevmoniyaya görə Storojinetsk xəstəxanasına yerləşdirilib. O, 10 gün süni aparata qoşulub. Sonradan böyük qardaşı da xəstəxanaya gətirilib. Lakin yardımların köməyi dəyməyib. Üç gün sonra Andrey ölüb, 4 gün sonra isə İvan rəhmətə gedib.
Məlumata görə, qardaşların koronavirusa yoluxduğu öləndən sonra təsdiqlənib.
Ölənlərin bir böyük qardaşı da var. Məhz o əvvəldən koronavirusa yoluxubmuş. Hazırda sağlamdır. Onların atası və babası isə xəstəxanadadır.
Məlumatda qeyd edilir ki, nəvələrinin ölüm xəbərini eşidən nənə də ölümdən qurtulub. Onu təcili reanimasiyaya yerləşdiriblər. Ona da koronavirus diaqnozu qoyulacağı gözlənilir.