İŞİD yaraqlıları həbsxanaya hücum etdi: 29 nəfər öldü
03 avqust 2020 15:26 (UTC +04:00)

İŞİD yaraqlıları həbsxanaya hücum etdi: 29 nəfər öldü

Əfqanıstanın Cəlalabad şəhərində həbsxanaya hücum zamanı ən azı 29 nəfər həlak olub, 50 nəfər yaralanıb.

APA-nın xəbərinə görə, “TOLOnews” telekanalı yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb ki, kamikadze içərisində partlayıcı dolu avtomobili Cəlalabad həbsxanasının yaxınlığında partladıb, bunun ardınca silahlılar həbsxananın içərisinə daxil olub.

Hökumət qüvvələri ilə yaraqlılar arasında atışma 17 saat davam edib, hücumun qarşısı alınıb.

Telekanalın məlumatına görə, hücum zamanı həbsxanadan qaçmağa cəhd göstərən 700 dustaq tutulub.

1TV telekanalı hücuma görə məsuliyyəti “İŞİD” terror təşkilatına yaxın qruplaşmalardan birinin üzərinə götürdüyü barədə məlumat yayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2209
avatar

Oxşar yazılar