ABŞ-ın Corciya ştatının Uyaycross şəhərindəki həbsxanada məhkumlar qiyam törədiblər.
APA-nın “Newsweek” internet saytına istinadən məlumatına görə, bu hadisələr zamanı həbsxananın iki əməkdaşı yaralanıb.
Həbsxanada iğtişaşlar şənbə günü yerli vaxtla axşam saat 22.40-da başlayıb. Cəzaçəkmə müəssisəsinin rəsmi nümayəndəsi hadisə barədə bunları deyib:
"İnsident nəzarət altındadır. İki əməkdaşımız yüngül yaralanıb, iki məhkum isə həyati təhlükəsi olmayan xəsarət alıb".