Həbib Nurməhəmmədovun atası komaya düşdü
14 may 2020 11:26 (UTC +04:00)

Həbib Nurməhəmmədovun atası komaya düşdü

 

Qarışıq döyüş növü üzrə rusiyalı çempion Həbib Nurməhəmmədovun atası, eyni zamanda məşqçisi 57 yaşlı Abdulmanap Nurməhəmmədov komaya düşüb.

Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, hazırda Həbibin atası Moskvada hərbi hospitala yerləşdirilib.

Məşqçinin dostu Ramazan Rabadanovun məlumatına görə, Abdulmanap aprelin 25-də sətəlcəm şübhəsi ilə Mahaçqalada xəstəxanaya gətirilib və koronavirus testindən keçib.

Orada müalicənin səhv aparıldığı səbəbindən vəziyyəti ağırlaşıb və xüsusi təyyarə reysi ilə Moskvaya gətirilib.

Yerli telekanallardan birinin verdiyi məlumata görə, paytaxtda məşqçi insult keçirib, vəziyyəti son dərəcə ağır olaraq qalır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4633
avatar

Oxşar yazılar