Ermənistanın baş naziri Nikol Paşinyanın rəsmi saytı haker hücumuna məruz qalıb.
Lent. az-ın yerli KİV-ə istinadən məlumatına görə www.primeminister.am saytı artıq neçə vaxtdır işlək deyil. Ermənistan KİV-i bu barədə baş nazirin mətbuat xidmətindən açıqlama ala bilməyiblər.
Eyni zamanda Ermənistan hökumətinin gov.am saytı da dağıdılıb.
Məlumata görə, Paşinyanın səhifəsində Azərbaycan prezidenti İlham Əliyevin çıxışı, Mübariz İbrahimovun fotosu və “Qarabağ Azərbaycanındır” yazısı yerləşdirilib. Hakerlər sayta "hacked by ANTI-armenia team" imzasını da qoyublar.
Lent.az report.az-a istinadən bununla bağlı videonu təqdim edir: