Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Kvemo-Kartli (Borçalı) regionunda koronavirusa görə məscidlərin fəaliyyəti müvəqqəti dayandırılır.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Baş nazirinin mətbuat katibi Sozar Subari bildirib. Onun sözlərinə görə, möminlərə evdə ibadət etməklə bağlı çağırış edilib. S. Subari məhdudiyyətin regiondakı kilsələrə də tətbiq edildiyini, lakin bəzi kilsələrin qayda pozuntusuna yol verdiyini bildirib.