Gürcüstanda torpaq sürüşməsi: itkin düşənlər var
05 may 2020 19:44 (UTC +04:00)

Gürcüstanda torpaq sürüşməsi: itkin düşənlər var


Gürcüstanda Pşaveli-Abano-Omalo yolunun 36-cı kilometrində torpaq sürüşməsi baş verib.

APA-nın yerli bürosunun “IntrePressNews”a istinadən verdiyi xəbərə görə, sürüşmə nəticəsində bir neçə nəfər uçmuş torpaq kütləsinin altında qalıb.

Onlardan birinin xilas edildiyi, digərlərinin axtarışının isə davam etdirildiyi bildirilib.

Hadisə yerinə xilasedicilər cəlb edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2746

Oxşar yazılar