Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1 709 yoluxma halı qeydə alınıb, 20 nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 35 567 nəfərə, ölənlərin sayı 273 nəfərə çatıb.
Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 3 324 nəfər karantində saxlanılır. Virusa yoluxanlardan 16 904 nəfərin sağaldığı bildirilir.