Gürcüstan hökumətinin koronavirus pandemiyasına görə Avropada ilişib qalan ölkə vətəndaşlarının vətənlərinə qayıtmaları üçün keçmiş prezident Mixail Saakaşvilinin təklif etdiyi yardıma ehtiyacı yoxdur.
Lent.az xariciKİV-ə istinadla bildirir ki, bunu hakim “Gürcü arzusu” partiyasının baş katibi Kaxa Kaladze bəyan edib.
“Müəyyən addımlar atmışıq, uçuşlar həyat keçirilir. Bizim “Vahid milli hərəkat”dan və onun lideri Mixail Saakaşvilidən yeganə xahişimiz zərər verməyi dayandırmaqdır. Bu bizim üçün bu gün ən böyük kömək olacaq”, - Kaladze vurğulayıb.
Saakaşvili özünün “Facebook” səhifəsində Gürcüstan hökumətinə yeni koronavirus pandemiyasına görə Avropada qalan 10 minə yaxın Gürcüstan vətəndaşının vətənə pulsuz gətirilməsi üçün öz köməyini təklif edib.
Gürcüstan martın 21-dən bütün ölkələrlə hava əlaqələrini dayandırıb. Bununla belə, “Georgian airways” xaricdə qalan vətəndaşların ölkəyə daşınması üçün uçuşlarını davam etdirir.