Fransada koronavirusdan ölənlərin sayı 860-a çatıb
24 mart 2020 03:54 (UTC +04:00)

Fransada koronavirusdan ölənlərin sayı 860-a çatıb

 

Fransada son sutka ərzində 186 nəfər koronavirus infeksiyasının səbəb olduğu xəstəlikdən dünyasını dəyişib. Ölkədə bu virusdan ölənlərin ümumi sayı 860 nəfərdir.

APA “TASS”-a istinadən xəbər verir ki, bunu Fransanın Səhiyyə naziri Olivye Veran mətbuat konfransında deyib.

“Ümumilikdə koronavirusa yoluxanların sayı 19856 nəfərdir, 860 nəfər ölüb, ümumilikdə 8675 nəfər xəstəxanaya yerləşdirilib, 2082 nəfər reanimasiyadadır”, - nazir belə deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 525
avatar

Oxşar yazılar