Türkiyənin Van vilayətinin Çaldıran qəsəbəsində Gülçınar ailəsinin 14 üzvündə koronavirus testləri pozitiv çıxıb.
Lent.az yerli KİV-ə istinadla xəbər verir ki, ailə üzvlərindən 12-i Şəhid Rıdvan Çevik adına Dövlət Xəstəxanasına yerləşdirilib. Eyni xəstəxanada yatan ailə üzvlərindən 10-u evə buraxılsa da, həmin tibb müəssisəsindəki 2 ailə üzvünün və digər başqa xəstəxanada yatan 1 nəfərin müalicəsi davam edir.
İstanbuldan gələrək ailəni virusa yoluxduran ata Bahettin Gülçınarın isə daha əvvəldən sağalaraq evə buraxıldığı deyilir.