Aprelin 11-də saat 15:40-da Ararat rayon polisinə Ayqavan və Yheqnavan kəndləri arasındakı ərik ağacında asılı vəziyyətdə meyit aşkarlandığı haqda məlumat daxil olub.
Lent.az Ermənistan KİV-nə istinadla xəbər verir ki, hadisə yerinə gələn polislər və müstəntiqlər asılanın 32 yaşlı Ararat vilayəti sakini Rafiq A.nın olduğunu müəyyənləşdiriblər.
Meyitdə hansısa zorakılıq əlamətləri aşkarlanmayıb.
Məlumata görə, intihar edən Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrdən birində müqavilə ilə xidmət edirdi.