Ermənistanda polis karantin rejimini pozanlara sözün əsl mənasında divan tutur.
Maska taxmayaraq küçəyə çıxan şəhər sakini polisin amansız qəddarlığı ilə üzləşib.
Lent.az-ın məlumatına görə, həmin görüntüləri özündə əks etdirən videonu "İşıqlı Ermənistan" partiyasının sədri, deputat Edmon Marukyan paylaşıb.
”Demokrat prezident” imici qazandığını zənn edən prezident Nikol Paşinyan isə polisin vətəndaşa qarşı etdiyi vəhşiliyi açıq şəkildə dəstəkləyib.
Erməni polisinin mülki şəxslə davranışı sanki Corc Floydun zorakılıqla öldürülmə anını xatırladır.