Ermənistan silahlı qüvvələrində yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı açıqlanıb.
APA-nın “news.am”-a istinadən verdiyi xəbərə görə, müdafiə naziri David Tonoyan bildirib ki, Ermənistan ordusunda koronavirusa 20-yə yaxın yoluxma halı qeydə alınıb.
Qeyd edək ki, Ermənistanda indiyə kimi 3029 nəfər koronavirusa yoluxub, 43 nəfər ölüb.