Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) Əks-kəşfiyyat Departamentinin rəhbəri, general-mayor Ovanes Karumyan vəzifəsindən azad edilib.
APA-nın məlumatına görə, O. Karumyanın işdən çıxarılmasının səbəbi açıqlanmır.
Qeyd edək ki, oktyabrın 26-da Ermənistan MTX Sərhəd Qoşunlarının Komandanı Vahinak Sarkisyan da işdən çıxarılıb.
Oktyabrın 8-də isə MTX direktoru Arqişti Kərəmyan istefaya göndərilmişdi.
Qeyd edək ki, bütün bunlar Dağlıq Qarabağda hərbi əməliyyatların gedişi fonunda baş verir.