Azərbaycan Ordusunun qarşısında tab gətirə bilməyən ermənilər müharibədən yayınmaq üçün deyəsən çıxış yolu tapıblar.
Lent.az-ın məlumatına görə, artıq bir neçə gündür sosial şəbəkələrdə Ermənistanda rüşvətlə “COVID-19” testini “pozitiv” kimi yazdıranların sayı kütləvi şəkildə çoxalıb. Bu da səbəbsiz deyil. Çünki bu tip arayış alanlar 14 gün karantində qala bilirlər. Bununla da bir müddət ordudan yayına bilirlər. Yeri gəlmişkən, Ermənistanda gündəlik yoluxma sayı 2000 nəfərdən çoxdur. Dünən isə Ermənistan Milli Təhlükəsizlik Xidməti hərbi xidmətdən yayınmaq üçün koronavirusu simulyasiya etməyə çalışanların saxlanıldığına dair məlumat yayıblar. Məlumatda o da deyilir ki, ölkə vətəndaşlarından biri tibb mərkəzlərindən birinə müraciət edərək laboratoriya işçilərini oğlunun koronavirus xəstəsi olduğuna dair yalan nəticə çıxarmaq üçün razılaşıb. Bunun üçün başqalarının analizləri əsasında laboratoriya testinin nəticəsi “pozitiv” göstərilib. Artıq faktla bağlı cinayət işi başlanıb.