Dünyada müəllimləri gözləyən böyük təhlükə
06 aprel 2020 19:42 (UTC +04:00)

Dünyada müəllimləri gözləyən böyük təhlükə

Əsasən, müəllimlər tərəfindən onlayn dərslər üçün tövsiyə edilən “Zoom” proqramından gündəlik istifadə 10 milyondan 200 milyona qalxıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, ancaq bu sürətli artım özü ilə bərabər bir çox problem də gətirib. ABŞ-ın Nyu-York Təhsil Departamenti, həmçinin İngiltərənin Müdafiə Nazirliyi proqramdan istifadəni məhdudlaşdırıb.

Şirkətin qurucusu Erik S.Yuan gündəlik istifadənin artması səbəbilə təhlükəsizlik baxımdan problemlər yarandığını bildirərək, buna görə üzr istəyib. Dünya üzrə şagird və ya tələbələr müəllimlərinin dəvəti ilə proqrama qoşulurlar. Hər hansı məlumat oğurlanması zamanı isə məsuliyyət həmin müəllimin üzərinə düşür. Bu proqramın giriş hissəsində də qeyd olunub. Şirkət buna görə də bu ilin martın 18-də açıqlama verib:

“Yaşı 16 və daha artıq olanlar sərbəst şəkildə öz məlumatlarını yerləşdirərək proqramdan istifadə edə bilərlər. 13 yaşı olanlar isə bunun üçün valideynlərdən icazə almalıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6796
avatar

Mehman Nəbiyev

Oxşar yazılar