Dünyada koronavirusdan ölənlərin sayı 170 mini keçdi
21 aprel 2020 08:26 (UTC +04:00)

Dünyada koronavirusdan ölənlərin sayı 170 mini keçdi

 

Son sutka ərzində dünyada koronavirus infeksiyasına 74 minədək insan yoluxub, təxminən 5,4 min nəfər də bu virusun qurbanı olub.

APA xəbər verir ki, bölgələr və ölkələr üzrə COVID-19 virusuna yoluxanların qeydiyyatını aparan “Worldometer” bu barədə məlumat yayıb.

20 aprel tarixli statistikaya görə, dünyada 2 480 503 nəfər yeni növ koronavirusa yoluxub, 170 397 nəfər isə bu ölümcül virusun qurbanına çevrilib. Son gün ərzində 73 928 insanda koronavirus aşkarlanıb, ölənlərin sayı isə 5366 nəfər artıb.

Ən çox yoluxma və ölüm halları Avropa regionunda qeydə alınıb – 1 113 096 yoluxma və 104 491 ölüm. Sutka ərzində burada yoluxanların sayı 23 840, ölənlərin sayı isə 2655 nəfər artıb.

Şimali Amerikada virusa yoluxanların ümumi sayı 851 396 nəfər təşkil edir, indiyədək 45 433 nəfər də ölüb. Cənubi Amerikada vəziyyət nisbətən ürəkaçandır – 86 486 yoluxma və 4079 ölüm faktı.

Yoluxma sayı üzrə üçüncü yeri Çin, Koreya Respublikası və Yaponiyanın daxil olduğu Asiya qitəsi tutur. Son məlumata görə, burada 396 469 yoluxma, 15 132 ölüm faktı qeydə alınıb.

İndiyədək dünyada 646 328 nəfər müalicə üsulu ilə virusdan xilas olub.

Ən çox yoluxanlar ABŞ-dadır – 792 759 nəfər. Onun ardınca İspaniya (200 210), İtaliya (181 228), Fransa (155 383), Almaniya (147 065) və Böyük Britaniya (124 743) gəlir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 994
avatar

Oxşar yazılar