Dünyada koronavirusdan 16 min 231 nəfər ölüb
25 mart 2020 08:20 (UTC +04:00)

Dünyada koronavirusdan 16 min 231 nəfər ölüb


Dünyada 372 min 757 nəfər koronavirus yoluxub, 16 min 231 ölüm hadisəsi qeydə alınıb. 

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) martın 24-nə olan bülletenində bildirilib.

Statistikaya görə, yoluxanların sayı son gündə təxminən 40 min, ölənlərin sayı isə 1722 nəfər olub. 

Ən çox ölüm halları Avropada qeydə alınıb.

Sonrakı yerlərdə isə Çin, Koreya Respublikası və Yaponiya, Cənubi və Şimali Amerika ölkələri qərarlaşıb.

Bildirilib ki, ötən gün 4 yeni ölkə və ərazidə koronavirus aşkarlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 408
avatar

Oxşar yazılar