Çində krevetka satan satıcı qadın dünyada ilk koronovirusa yoluxan insan olub.
Lent.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Vey soyadlı bu qadın Uhan şəhərinin “Hunan” bazarında canlı krevetka satırmış.
11 dekabr 2019-cu ildə anidən yüksək qızdırma ilə klinikaya müraciət edib. Satıcı deyib ki, xəstəxanaya hər dəqiqə müraciət edən deyiləm: "Adətən qızdırma olanda bir iynə ilə onu endirmək olurdu, bu dəfə iki iynə heç kömək etmədi”.
Virus həmin bazardan yayılıb, bəziləri hətta bir ailənin üzvləri olublar.