Cənubi Amerika ölkələri bir araya gəldi: "SƏYLƏRİ BİRLƏŞDİRƏK"
28 avqust 2020 06:16 (UTC +04:00)

Cənubi Amerika ölkələri bir araya gəldi: "SƏYLƏRİ BİRLƏŞDİRƏK"

Cənubi Amerika ölkələrinin prezidentlərinin və xarici işlər nazirlərinin cümə axşamı onlayın keçirilən görüşündə koronavirusa qarşı peyvəndin əldə edilməsi barədə qarşılıqlı fikir mübadiləsi aparılıb.

APA Reuters-ə istinadən xəbər verir ki, bu barədə Çilinin Xarici İşlər naziri Andres Allamand bildirib.

Çili, Argentina, Braziliya, Kolumbiya, Paraqvay, Peru, Ekvador və Guananın dövlət başçılarının qatıldığı onlayn müzakirə zamanı vaksinin əldə edilməsi istiqamətində səylərin birləşdirilməsinin çox faydalı olacağını vurğulanıb.

Görüşdə tərəflər arasında sözügedən prosesin bir kordinasiyadan idarə olunması ilə bağlı razılıq əldə edilib.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatın görə, hazırda 25 könüllü üzərində 150-dən çox vaksinin sınaqları həyata keçirilməkdədir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1525
avatar

Oxşar yazılar