Çində koronavirusa yoluxanların sayı hər gün azalır, hazırda xəstəxanlarda 2396 nəfər qalıb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, Çinin sağlamlıq məsələsi üzrə dövlət komitəsinin məlumatına görə, ölkədə COVID-19-a yoluxanların 93 faizi sağalıb.
Son məlumata görə, Çində koronavirusa yoluxma ilə bağlı təsdiqlənən hallar 81 470 olub, onların 75 770 nəfəri sağalıb və evə buraxılıb ki, bu da ümumi yoluxanların 93 faizini təşkil edir.
Epidemiya başlamasından bəri Hubey əyaləti nəzərə alınmadan Çində 13 669 yoluxma qeydə alınıb, onların 118 nəfəri (0,86 faizi) ölüb.
Hubey əyalətinin özündə 67 801 yoluxma qeydə alınıb, 3186 nəfər (4,69 faiz) vəfat edib.
Hubey əyalətindəki Uhan şəhərində ölüm faizi 5,09 olub. Epidemiya ümumilikdə 3304 nəfərin həyatına son qoyub, ölüm halı orta hesabla 4,05 faiz təşkil edib.