Ukraynanın Silahlı Qüvvələrində koronavirusa daha 4 yoluxma halı qeydə alınıb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, COVID-19 səbəbindən iki hərbçi də dünyasını dəyişib.
Ukrayna Silahlı Qüvvələrinin tibb komandanlığının mətbuat mərkəzinin məlumatına görə, ölkədə koronavirus aşkarlanan hərbçilərin ümumi sayı artıq 39-a çatıb.
Yoluxanlardan ikisi sağalıb, daha 272 nəfər COVID şübhəsi ilə təcrid olunub.
Ümumilikdə Ukraynada koronavirusa yoluxanların 6125 nəfər olduğu bildirilir. Ölənlərin sayı 161-dir.
Son sutkada 415 nəfərin koronavirusa yoluxduğu aşkarlanıb.