Finlandiya altı saatlıq iş günü tətbiq etməyi mümkün sayır.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, ölkənin baş naziri Sanna Marinin fikrincə, azaldılmış iş saatları əmək məhsuldarlığının artması ilə kompensasiya edilə bilər.
Baş nazirin sözlərinə görə, bu təklif dövlət maliyyəsinin güclənməsinə, eləcə də hökumətin əhalinin məşğulluq səviyyəsinin 73,7 faizdən ən az 75 faizə qədər artırılması ilə ziddiyyət təşkil etmir.