Serbiya Prezidenti Aleksandr Vuçiçin oğlunda koronavirus aşkarlanıb.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Serbiya Prezidenti özü məlumat verib.
O bildirib ki, oğlu Belqrad şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib: “Oğlumda koronavirus aşkar edilib. Onun tez bir zamanda xəstəliyə qalib gələcəyinə inanıram”.
Qeyd edək ki, Serbiyada COVİD-19-a ümumilikdə 2 666 nəfər yoluxub, 65 nəfər ölüb.